Rövnəq Abdullayev: \"Yeni tikilən Gəmiqayırma Zavodunda 1500-2000 işçi çalışacaq\"

Rövnəq Abdullayev: \"Yeni tikilən Gəmiqayırma Zavodunda 1500-2000 işçi çalışacaq\"

\"Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına yeni Gəmiqayırma Zavodunun tikintisinə başlanılıb ki, bu da regionun ən böyük zavodudur\". SİA-nın məlumatına görə, bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxışında bildirib.


Onun sözlərinə görə, tikiləcək zavod həmçinin Xəzər dənizində yeganə ən böyük layihədir: \"ARDNŞ əməliyyatların 95 faizini dənizdə həyata keçirdiyi üçün Xəzər regionunda ən böyük gəmiqayırma zavodunun tikintisinə ehtiyac duyulur\".


O deyib ki, hazırda ARDNŞ-ın 300-dən çox gəmisi var. Gəmilərə ehtiyac daha da çoxaldığı üçün bu zavodun tikintisinə ehtiyac oldu. Zavod işə düşəndən sonra 1500-2000 nəfər işlə təmin olunacaq.


Şirkətin prezidenti vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyini tam təmin edib. Ölkəmiz Türkiyə, Gürcüstan və bir sıra ölkələrin enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır: \"Şhadəniz\", \"Ümid\", \"Abşeron\" və bir sıra yataqların kəşf edilməsi ölkənin karbohidrogen ehtiyatlarının həcmini daha da artırıb\".

Bütün xəbərlər Facebook səhifəmizdə