ARDNŞ-ın Təqaüd Proqramları əsasında təhsil alan tələbələrlə görüş keçirilib

ARDNŞ-ın Təqaüd Proqramları əsasında təhsil alan tələbələrlə görüş keçirilib

Bu gün "Neftqazelmitədqiqatlayihə" İnstitunda ARDNŞ-ın Təqaüd Proqramları çərçivəsində xaricdə, Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr və həəmin proqram çərçivəsində şirkətin idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislərlə görüş keçirilib.


SİA-nın məlumatına görə, görüşdə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Təhsil, Gənclər və İdman nazirliklərinin yüksək vəzifəli nümayəndələri, ali məktəblərin rektor və prorektorları, şirkətin idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər.


ARDNŞ prezidenti Rövnəq Abdullayev son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb. O bildirib ki, ölkə başçısı tapşırığına əsasən, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində mühüm işlər gedir.


Şirkətdə həyata keçirilən lahyihələr barədə danışan şirkət prezidenti gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb.


Məlumat verilib ki, ARDNŞ 2006-ci ildən Təqaüd Proqramlarına start verib. ARDNŞ savadlı gənc mütəxəssislərin hazırlanması, kadr potensialının dünya təcrübəsinə yiyələnməsi məqsədi ilə gənclərin xaricdə təhsili üzrə Təqaüd Proqramını da həyata keçirir. İndiyənədək bu proqrama 172 gənc cəlb edilib. Proqramın 84 iştirakçısı artıq təhsilini müvəffəqiyyətlə başa vuraraq vətənə qayıdıb və hazırda ARDNŞ-in müxtəlif strukturlarında çalışırlar. Həmçinin Təqaüd Proqramlarının tərkib hissələrindən biri də Azərbaycanın ali məktəblərində neft-qaz sənayesində tələbat duyulan ixtisaslar üzrə təhsil alan tələbələrə də ARDNŞ-in aylıq təqaüdlərinin verilməsi təşkil olunur. Son 3 ildə bu yolla 117 təqaüdçü ARDNŞ-də işə qəbul olunub.


Görüşdə tələbə və məzunlar, gənc mütəxəssilər çıxış edərək, onları maraqlandıran məsələlər haqqında fikir və təkliflərini bildiriblər.


Sonda ARDNŞ təqaüdünə layiq görülmüş tələbələrə plastik kartlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə