"Günəşli"\' yatağındakı 10-cu özüldən 43 nömrəli quyuda qazma işlərinə başlanılıb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, layihə dərinliyi 3500 metr olan quyu "Xəzər" Dənizdə Kəşfiyyat Qazma İdarəsi (keçmiş "Bayıl Limanı" DKQİ) tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 20 ton neft, 200 min kubmetr qaz hasil ediləcək.
Qeyd edək ki, quyuda istismar işləri 28 May adına NQÇİ tərəfindən həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB