Turizm obyektləri internet vasitəsi ilə lisenziyalaşdırılacaq

Turizm obyektləri internet vasitəsi ilə lisenziyalaşdırılacaq

Bu ilin sentyabr ayından Azərbaycanda mehmanxana və turizm şirkətlərinə lisenziyaların verilməsi prosesi internet vasitəsi ilə həyata keçiriləcək. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, hazırda mövcud qaydalara uyğun olaraq lisenziyaların alınması üçün edilən müraciətlərin baxılması davam etdirilir: "Hazırda ölkədə 178 turizm şirkəti, 500-dən artıq mehmanxana və ona bənzər obyektlər mövcuddur. Bunlardan 400-ə yaxını lisenziyalaşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə