Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Monteneqroda turizm layihəsi üzrə tenderə qatılması şirkətin planları deyil və Azərbaycanın turizm şirkətlərinə dəstək göstərilməsi məqsədi daşıyır. SİA-nın məlumatına görə, bunu açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın bəzi turizm şirkətləri həmin layihədə tenderə qatılmaq istəsələr də imkanları tenderdə qoyulan tələblərə cavab verməyib: "Ona görə də ARDNŞ Azərbaycanın ən böyük şirkəti və iqtisadiyyatının lokomotivi olaraq, eləcə də beynəlxalq səviyyədə layihələr həyata keçirən və Avropada tanınan şirkət olaraq Azərbaycanın turizm şirkətlərinə dəstək məqsədilə bu tenderə qatılıb".
R.Abdullayev qeyd edib ki, ARDNŞ bu layihəyə investisiya qoymaq niyyətində deyil və belə planları da yoxdur: "Məqsəd Azərbaycanın turizm şirkətlərinə təşkilati və hüquqi dəstək göstərməkdir. Layihənin idarə olunması ilə Azərbaycanın turizm şirkətləri məşğul olacaq. ARDNŞ-ın otel biznesi ilə məşğul olmaq planları yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB