Azərbaycan-Argentina iqtisadi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Argentina iqtisadi əməkdaşlığı müzakirə olunub

Argentinanın rəsmi şəxsləri və iqtisadiyyatın müxtəlif sahələrində çalışan şirkətlərin nümayəndələrindən ibarət geniş tərkibli ticarət missiyası Azərbaycana səfərə gəlib. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycanda işgüzar görüşlərin keçirilməsi, yerli sahibkarlarla əlaqələrin yaradılması və Azərbaycan bazarının öyrənilməsidir.

Bu gün Argentina nümayəndə heyətinin rəhbəri xarici işlər naziri Hektor Timermanla Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti, iqtisadi əməkdaşlıq imkanları müzakirə edilib. Görüşdə nazir Ş.Mustafayev Azərbaycanın əlverişli coğrafi mövqeyi, böyük tranzit potensialı barədə məlumat verərək, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin mövcud olduğunu vurğulayıb.

Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, prioritet investisiya layihələri barədə məlumat mübadiləsinin aparılması, turizm, ixracyönümlu kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması sahəsində iki ölkə şirkətləri arasında əlaqələrin yaradılmasında əməkdaşlıq və s. məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə