Paytaxt Bakının mərkəzində tıxac probleminin həlli üçün digər üsullardan istifadə olunacaq. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi Bakının mərkəzində avtomobillərin sıxlığını azaltmaq üçün "Avroviziya" mahnı müsabiqəsində olduğu məhdudiyyətləri davam etdirmək fikrində deyil. M.Pənahov deyib ki, hazırda bu sahədə işlər davam etdirilir:
"Əsas çıxış yollarından biri şəhərdə nəqliyyat vasitələrinin dayanması üçün yeraltı və yerüstü parkinqlərin inşa edilməsidir. Məhz bununla əlaqədar həmçinin yollarda parkinq məsələsinin təkmilləşməsinə ehtiyac var".
Nazir müavini bildirib ki, bu problemlərin həlli üçün yeni normativ hüquqi sənədlər hazırlanacaq və bu sənədlərdə parkinq məsələlərinə tamamilə yenidən baxılması nəzərdə tutulur. Bununla belə o Azadlıq meydanı və Heydər Əliyev Sarayının arxasında maşın dayanacaqlarının tikildiyini və bu işlərin bundan sonra da davam etdiriləcəyini sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB