Gələn il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk qatar yola düşəcək
\"Bu ilin sonunadək Bakı-Tbilisi-Qars dəmiryolu üzrə buraxılacaq ilk qatar Gürcüstandan Türkiyə ilə sərhədədək hərəkət edə biləcək\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, hava şəraitini soyuq və yağışlı olması ilə əlaqədar tikinti işlərinə gec başlanılıb, amma buna baxmayaraq tikinti işləri sürətlə davam etdirilir:
"Layihədə baş verən gecikmələrin əsas səbəbi Gürcüstan Türkiyə sərhədində tikilən 4,5 km-lik tunellə bağlıdır. Belə ki, tunelin yerləşdiyi ərazidə sürüşmənin aktivliyi işləri bir az ləngidir. Bütün bunlara baxmayaraq bu ilin sonunadək Gürcüstan ərazisində tikinti işləri Türkiyə sərhədinədək başa çatdırılacaq. Tunel tikintisinin yekunlaşması ilə bağlı 2013-cü ilin əvvəlində ilk istismar qatarlarının hərəkəti üçün şərait yaradılacaq. 2013-cü ildə isə dəmiryolu tam istismara veriləcək".
Qeyd edək ki, yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Ümumilikdə yolun tikintisinə 200 mln. dollar məbləğində kredit ayırlıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB