\"Qara qızıl\"ın qiyməti düşür
Neftin ucuzlaşması davam edir. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyul müqaviləsinin dəyəri 3,05 dollar və ya 3,5% azalaraq 1 barelə görə 83,48 dollar təşkil edib.

ICE London qitələrarası birjasında iyulda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 3,32 dollar və ya 3,3% azalaraq 98,55 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə