Vergilər Nazirliyi: 26 min 443 obyektdə 30 min 940 aktiv POS-terminal qeydiyyata alınıb
Respublika üzrə 26 min 443 obyektdə 30 min 940 aktiv POS-terminal qeydiyyata alınıb. Bunun da 93,7%-i və ya 28 min 976 ədədi Bakı şəhərinin ərazisində yerləşən obyektlərdədir. Vergilər Nazirliyindən SİA-ya verilən məlumata görə, bütövlükdə respublikanın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə POS-terminalların quraşdırılması işi əsasən yekunlaşdırılıb.
Nəqliyyat sektorunda hazırda 830-dan yuxarı taksidə POS-terminalların quraşdırılması başa çatıb. Nəqliyyat vasitələrində tətbiq olunan POS-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına da malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB