Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir neçə rayon və şəhərlərdə keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. SİA-nın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə görə, ümumilikdə, monitorinqlər zamanı 440 kq yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə