Neft yenidən ucuzlaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,17 dollar və ya 1,2% azalaraq 1 barelə görə 92,81 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,53 dollar və ya 0,5% azalaraq 111,71 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə