WTI markalı neftin qiyməti azalıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 0,80 dollar və ya 0,8% azalaraq 1 barelə görə 93,98 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,67 dollar və ya 0,6% artaraq 112,24 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə