Bakıda “Worldfood Azəbaycan 2012” beynəlxalq sərgisi başlayır
Sabah Bakıda Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə "Worldfood Azəbaycan 2012" 18-ci beynəlxalq qida sənayesi sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, bu gün bununla bağlı keçirilən mətbuat konfransında layihə meneceri Maya Qafarlı sərgi barədə məlumat verib. O, sərginin qida sənayesi( Worldfood), içkilər(Worlddrink) və texnologiyalar(Worldfoodtech) sərgilərini birləşdirdiyini və ərzaq bazarının böyük hissəsini əhatə etdiyini bildirib. Əsas sektorlarda ət və quş əti, konversiləşdirilmiş ərzaq, dondurma, yağ və piy məhsulları, qənnadı məmulatları, içkilər, baqqaliyə malları, inqrediyentlər, habelə çay və qəhvə təqdim olunacağını əlavə edib: "Bu il sərgiyə 24 ölkədən 120 şirkət cəlb olunub. Sərgi ekspozisiyasının 40 faizini Azərbaycan şirkətləri, 30 faizini isə Avropa və digər xarici ölkələrin şirkətləri təşkil edir. Bu ilki sərgi ekspozisiyasının 40 faizini ərzaq məhsulları, qənnadı məmulatı və qida sənayesi üçün qurudulmuş meyvələr təqdim edən Əfqanıstan, Braziliya, Misir, Səudiyyə Ərəbistanı, Serbiya və digər debütant ölkələr təşkil edir. "Worldfood Azərbaijan" sərgisi Rusiya, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida və sənaye sərgilərini özündə birləşdirəcək. İlk dəfə olaraq sərgidə Ukrayna da iştirak edəcək".
Qeyd edək ki, yeddi ildən artıqdır ki, UFİ( Ümumdünya Sərgi Sənayesi Assosasiyası) tərəfindən təqdim olunan sərgiyə bu il Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyası tərəfindən təşkilati dəstək göstərilir.
Sərgidə qablaşdırma sektoru da fəal sürətdə təmsil olunacaq. Bu ilki sərgidə Azərbaycan, Rusiya, Türkiyə, Çexiyadan qablaşdırma avadanlığı istehsal edən şirkətlərin qablaşdırma maşınları və etiket üzərində təsvir edən avadanlıqlar təqdim olunacaq.
Habelə sabah 6-cı Beynəlxalq Kənd Təsərrüfatı(AgriHort Azərbaycan-2012) sərgisi də öz işinə başlayacaq. Sərgidə mal və xidmətlər sektorunu Azərbaycan, Serbiya, Rusiya, Türkiyə, Almaniya, Belçika və digər ölkələrin aparıcı nümayəndəlkəri təmsil edirlər. İlk dəfə olaraq Almaniyanın nüfuzlu şirkətləri ilə sərgidə iştirak edəcək. Bundan əlavə sərgiyə heyvandarlıqla məşğul olan Ukrayna, istixanalar və onların tikintisində ixtisaslaşmış Hollandiya, Rusiyanın heyvanların mühafizəsi üzrə federal mərkəzi daxildir.
Aytəkin Şirinova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB