Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq verilib. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən SİA-ya verilən məlumata görə, Bakı və bölgələrdə yerləşən 12 mehmana və mehmanxana tipli obyektə lisenziya verilib.
Bunlar Tovuz rayonundakı "Ayan Palace", Bilgəh qəsəbəsindəki "Jumeirah Bilgah Beach Hotel", Bakıdakı "Çinarlı", "Atrium", "Sapphire "Xudafərin", "Comfort İnn", Bakıdakı "Aysberq", "Araz" mehmanxanaları, Qusar şəhərindəki "Ümid" və Yeyənkənd kəndi ərazisində yerləşən "Aylı gecə" istirahət mərkəzləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB