Şerman Katz: \"2013-cü ilə qədər Azərbaycanın ÜTT-yə üzvlüyü real deyil\"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Prezident və Konqres Elmləri Mərkəzinin aparıcı müşaviri Şerman Katz ölkəmizdə səfərdədir. SİA-nın məlumatına görə, səfər çərçivəsində bu gün Ş.Kartzın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüklə bağlı danışıqlarda iştirak edən hökumət nümayəndələri ilə görüşlər keçirib. Bu barədə açıqlama verən Ş.Kartzın sözlərinə görə, hökumət Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi üzvülüyünün tərəfdardır, hansı ki, ÜTT-də təmsil olunan 155 dövlət Azərbaycanı inkişaf etmiş ölkə kimi tanıyır.

Vyetnamla Azərbaycanın ÜTT-yə üzvlüyü məsələsində oxşarlıqlardan danışan Ş.Kartzin fikrincə, ÜTT-yə üzvlükdə Azərbaycan Vyetnamın təcrübəsindən istifadə edə bilər: "Vyetnam Ümumdünya Ticarət Təşkilatına üzvülüklə bağlı 1994-cü ildə müraciət edib. 13 il davam edən danışıqlardan sonra 2007-ci ildə təşkilata üzv qəbul olunub".

Ş.Kartz ölkəmizin 2013-cü ildən tez təşkilata üzvlüyünü real hesab etmir. Onun sözlərinə görə, bunun həm də siyasi səbəbləri var: "Təşkilatın əsas üzvü olan Amerikada 2012-ci ilin noyabrında seçkilər keçiriləcək. Digər tərəfdən bu ölkədə böyük işsizlik olduğundan yeni dövlətlərlə ticarət sazişlərinin imzalanmasına isti yanaşılmır".

Şerman hesab edir ki, Azərbaycan ÜTT-yə üzvlüyü sürətləndirmək üçün sənayə sektorunda tarifləri aşağı salmalıdır: "Təşkilata üzvlük prosesində Azərbaycan qısa müddət ərzində uduzsa da uzunmüddətli perspektivdə bunun müsbət nəticələri olacaq. Onu da nəzərə almaq lazımdır ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmadan Avropa Birliyinə üzv olmaq mümkün deyil".

O da məlum olub ki, cari ilin sentyabr ayında USAİD-in dəstəyi ilə "Azərbaycanın ÜTT-yə üzvlüyünün ölkə iqtisadiyyatına təsirləri" mövzusunda konfrans keçiriləcək.

Qeyd edək ki, Ş.Kartzın səfərinin məqsədi Azərbaycanda iqtisadi liberalaşdırılma ilə bağlı islahatlarla tanış olmaq, ölkənin Dünya Ticarət Təşkilatına üzvlük məsələsini müzakirə etməkdir. Bildirək ki, Şerman Katz ABŞ-ın bir neçə keçmiş prezidentinin, eləcə də Bill Kliton və Jimmi Karterin prezidentlik kampaniyasında ticari məsələlər üzrə məsləhətçi olub. O məşhur Oksford və Kolumbiya Universitetlərində təhsil alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...