10 milyon kubmetrdən çox təbii qaz anbarlara vurulur

10 milyon kubmetrdən çox təbii qaz anbarlara vurulur

10 milyon kubmetrdən çox təbii qaz "Azəriqaz" İB-dən alınaraq yüksək təzyiqlə anbarlara vurulur. "Azneft" İstehsalat Birliyindən, SİA-ya verilən xəbərə görə, ölkədə havaların istiləşməsi və qaza tələbatın aşağı düşməsi ilə əlaqədar anbarlara qazın vurulmasına aprelin əvvəlindən başlanıb.

Qaradağ və "Qalmaz" yeraltı qaz anbarlarının kompressor sexlərində təmir-sazlama işləri aparılaraq iyirmi üç "10 QKN", beş "MKS-12" markalı kompressor aqreqatı, onların köməkçi qurğu və avadanlığı, soyutma sistemləri hazır vəziyyətə gətirilərək işə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə