DTXK tərəfindən 2009-2011-ci illərdə ümumilikdə 5449 müsabiqə və hərrac təşkil olunub

DTXK tərəfindən 2009-2011-ci illərdə ümumilikdə 5449 müsabiqə və hərrac təşkil olunub

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən 2009-cu ildən 2011-ci ilədək ümumilikdə 5449 müsabiqə və hərrac təşkil olunub.

Komitədən SİA-ya verilən məlumata görə, ölkəmizdə hərrac və müsabiqələrin keçirilməsi cənub bölgəsində daha çoxdur. Belə ki, Lənkəran, Masallı və Astarada 117 hərrac və müsabiqə keçirilib. 2009-cu ildə bu rayonlarda ümumilikdə 27, 2010-cu ildə 25, 2011-ci ildə 65 hərrac və müsabiqə reallaşıb. Regionlarda müsabiqə və hərraclara ictimaiyyətin inamı və diqqəti artır, şəffaflığın təminatına xidmət edən bu proses müsbət qiymətləndirilir.

Ümumiyyətlə, torpaq müsabiqələri və hərracların keçirilməsi mərkəzi icra hakimiyyəti orqanı kimi DTXK-ya həvalə olunub. Komitənin əmri ilə torpaq müsabiqələri və hərraclarının təşkilini həyata keçirmək məqsədilə yerlərdə torpaq müsabiqə və hərrac komissiyaları yaradılıb. Komitə tərəfindən torpaq müsabiqə və hərrac keçirilərkən şəffaflığın təmin edilməsi və bu sahədə ictimaiyyətin mütəmadi məlumatlandırılması məqsədi ilə yaradılan 5 nəfərlik komissiyaların 2 nəfəri Komitə əməkdaşlarından, 3-ü isə ictimaiyyət, bələdiyyə assosiasiyalarından və yerli icra hakimiyyətinin nümayəndəsindən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə