Türkiyə Hökuməti BOTAŞ şirkətinin "Nabucco" layihəsindəki payını 20 faizdən 16,67 faizədək azaldıb.
Hökumətin "Rəsmi qəzet"də bununla bağlı dərc olunmuş qərarında bildirilir ki, layihə çərçivəsində yekun sərmayə qərarı qəbul olunmayana qədər "Nabucco Gas Pipeline International Gmbh" şirkətinin maliyyə ehtiyacları üzrə vəsait yeni pay hissəsinə müvafiq olaraq ödənəcəkdir.
Bu qərarla Türkiyə hökuməti "Nabucco" layihəsi üçün ayıracağı vəsaiti də azaldacağını bəyan etmişdir.
"Nabucco Gas Pipeline International Gmbh" şirkəti 2004-cü ildə 5 ölkənin şirkəti tərəfindən hər birinin 20 faiz payı olmaq şərti ilə yaradılmışdı. 2008-ci ilin fevralında Almaniyanın RWE şirkəti altıncı ortaq kimi bu şirkətə daxil olmuşdu./AzərTAc/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB