\"Eurovision-2012” ərəfəsində “Azercell”ə 4G lisenziyası veriləcək
Yaxın vaxtlarda "Azercell" şirkətinə 4G xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək. SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov açıqlamasında bildirib.
Onun sözlərinə görə, "Azercell" artıq Bakı şəhərində 4G xidmətlərini göstərməyə hazırdır və nazirlik tərəfindən şirkətə lisenziya verilməsi prosesi başa çatmaq üzrədir: "Yəqin ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində "Azercell"ə 4G lisenziyası veriləcək".
Nazir onu da qeyd edib ki, 4G lisenziyası almaq üçün müraciət edən digər operatorlar da lisenziya almaq ərəfəsindədir: "Onlar da bu xidmətləri göstərmək üçün hazır olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB