Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiya müddəti uzadıla bilər
\"Azərbaycan Dəmir Yolları\" QSC Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik dəmir yolunun rekonstruksiyası layihəsinin reallaşdırılması müddətini 2016-2017-ci ilədək uzatmaq fikrindədir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında QSC-nin rəhbəri Arif Əsgərov bildirib.
\"2010-2014-cü illərdə Azərbaycanın dəmiryol sisteminin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik dəmir yolunun 317 kilometrlik hissəsinin rekonstruksiyası nəzərdə tutulub\", - Əsgərov deyib.
Bununla yanaşı, QSC rəhbəri bildirib ki, dəmir yolunun bu hissəsində işlərin həcmi nəzərdə tutulduğundan bir qədər böyükdür və ümumilikdə 800 kilometri əhatə edir. Onun sözlərinə görə, 317 kilometrlik sahənin rekonstruksiyasının 2014-cü ilədək, yerdə qalan hissənin isə 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB