Qeyri-neft sənaye bölməsində məhsul istehsalı 16,5 faiz artıb
Qeyri-neft sənaye bölməsində məhsul istehsalı 16,5 faiz artıb. SİA-nın verdiyi xəbərə görə, sənaye məhsulunun 78,3 faizi mədənçıxarma bölməsində, 15,9 faizi emal bölməsində, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 82,5 faizini təşkil edib, ümumi istehsalın 92,5 faizi sənaye mallarının (əmtəəlik), 7,5 faizi isə sənaye xarakterli xidmətlərin hesabına yaradılıb.
Qeyd edək ki, cari ilin üç ayında sənayedə fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən 9,4 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB