ARDNŞ prezidenti Ukrayna xarici işlər nazirinin müavinini qəbul edib

ARDNŞ prezidenti Ukrayna xarici işlər nazirinin müavinini qəbul edib
ARDNŞ-nin Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev Ukrayna xarici işlər nazirinin müavini Viktor Maykonu qəbul edib. Şirkətdən SİA-ya verilən məlumata görə, ARDNŞ prezidenti Azərbaycanla Ukrayna arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətləri qurulduğunu bildirib və bu münasibətlərin daha da genişlənəcəyinə əminliyini ifadə edib. Qonağa son illər Azərbaycanda həyata keçirilən regional layihələr barədə ətraflı məlumat verən R.Abdullayev əldə olunmuş nailiyyətlərdə neft sənayesinin böyük rol oynadığını qeyd edib. Səmimi qəbul üçün ARDNŞ prezidentinə minnətdarlığını bildirən Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko ölkələrimiz arasında faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını böyük nailiyyət kimi yüksək qiymətləndirib ARDNŞ-nin əldə etdiyi uğurlardan xəbərdar olduğunu nəzərə çatdıran V.Mayko şirkətin Ukraynadakı biznesinin uğurla davam etdirildiyini vurğulayıb. O, ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu, enerji sektorunda iki ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inandığını bildirib. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə