İordaniya-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulub

İordaniya-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulub

2012-ci il aprelin 24-27-də İordaniya Haşimilər Krallığının Əmman şəhərində İordaniya-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulub.

SİA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi xəbərə görə, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə AZPROMO tərəfindən keçiriləcək.

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq, iş əlaqələri qurmaq və öz investisiya layihələrini müzakirə etmək imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə