Sabah Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Zaqatala və Balakən rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Təmir işləri ilə əlaqədar olaraq aprelin 19-da saat 10:00-dan 18:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərindən təbii qaz təchizatı dayandırılacaq. Azərbaycan Dövlət neft Şirkətindən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Zaqatala və Balakən rayonlarının kənd və qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə