“Azəriqaz” İB-dən əhaliyə xəbərdarlıq!

“Azəriqaz” İB-dən əhaliyə xəbərdarlıq!
Bakının Sabunçu və Xəzər rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah 17 aprel tarixdə saat 10.00-dan "Zabrat-2" Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Xəzər rayonunun Buzovna və Albalılıq, Sabunçu rayonunun isə Zabrat, Maştağa və Nardaran qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq

Bütün xəbərlər Facebook səhifəmizdə