Neft yenidən ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 2,54 dollar və ya 2,4% azalaraq 1 barelə görə 101,47 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,54 dollar və ya 2,0% azalaraq 122,34 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə