Çeçenlər Azərbaycanı neft axtarışına çağırırlar

Nazir Əli İsayev Çeçenistanın ölkəmizdə neft emalı zavodunun tikintisində də iştirak niyyətini açıqlayıb


Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbərliyi "Rosneft"in müvafiq lisenziyasının vaxtı bitdikdən sonra Azərbaycanı öz ərazisinə neft yataqlarının kəşfiyyatına dəvət edir. Bunu respublikanın hökumət rəhbərinin müavini, maliyyə naziri Əli İsayev deyib.

"Kommersant.ru"ya istinadən xəbər verilir ki, Ə.İsayev bildirib: "Artıq "Rosneft"in liseziya müdəti bitib. Buna görə də biz Azərbaycanı yeni neft yataqlarının kəşfiyyat işlərinin aparılmasına dəvət edirik".


Ə.İsayev həmçinin bildirib ki, Çeçenistan da Azərbaycanda neft emalı zavodunun tikintisində iştirakda maraqlıdır. "Kommersant.ru" Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin bu məsələyə şərh vermədiyini bildirib. Maraqlıdır ki, "Rostneft" də Ə.İsayevin açıqlamasını hələlik münasibətsiz ötürür.

Bütün xəbərlər Facebook səhifəmizdə