ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi mart ayında Novorossiysk limanından 164 min 20 ton, Supsa limanından 411 min 849 ton, Ceyhan limanından 1 milyon 901 min 16 ton xam neft ixrac edib. Qurumdan SİA-ya verilən məlumata görə, ümumilikdə yanvar-mart aylarında Novorossiysk limanından 496 min 887 ton, Supsa limanından 888 min 593 ton, Ceyhan limanından isə 5 milyon 169 min 24 ton xam neft ixrac edilib. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neftin həcmlərini əks etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB