Ölkənin iki rayonu qazsız qalacaq
Lənkəran və Ucar rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir-tikinti işləri ilə əlaqədar sabah 30 mart tarixində saat 10:00-dan 17:00-dək "Lənkəran" və "Xarxatan", 10.00-dan 18.00-dək isə "Ucar" Qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

İşlər aparılan müddətdə Lənkəran və Liman şəhərləri də daxil olmaqla, rayonun Şağlasel, Şiləvar, Xarxatan, Digah, Vilvan, Separadi və Cil kəndlərinə, eləcə də Ucar rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə