İlham Şaban: \"Birdəfəlik müavinət verməklə dövlət vətəndaşlar qarşısında öhdəçiliyini yerinə yetirmiş olur\" - MÜSAHİBƏ

İlham Şaban: \"Birdəfəlik müavinət verməklə dövlət vətəndaşlar qarşısında öhdəçiliyini yerinə yetirmiş olur\" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə iyunun 1-dən etibarən keçmiş SSRİ banklarında olan əmanətlərin qaytarılması prosesi başlanacaq. Bəs görəsən insanlar bu əmanətləri hansı şərtlər və ya hansı formada əldə edəəcklər. İqtisadçı ekspert İlham Şaban SİA-ya müsahibəsində bu və ya digər məsələləri şərh edib.


- Əmanətlərin qaytarılması insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına necə təsir göstərəcək?


- Əmanətlərin qaytarılması prosesi ən yaxşı halda carı ilin ikinci yarımilliyində başlayacaq və 2013-cü ilin dekabrınadək davam edəcək. Təxminən 1 milyon 900 min əhalini əhatə edəcək bu prosesə yarım milyard manat xərclənəcək. Müəyyən səbəblərdən bundan heç də hamı istifadə etməyəcək. Başqa bir tərəfdən əmanətləri çeşidləsək, onların 80%-i 2000 rubla qədər olan vəsaitdir. Əmanətlərin təqribən 10-12%i 10000 rubla qədər olan hissə, yerdə qalanı isə 10000 rubldan yuxarı olan hissədir. Buna görə də əmanətçilərin böyük əksəriyyəti 300 manat vəsait alacaq. Bu vəsait isə bugünki əmək haqqından bir qədər azdır. Bu vəsaitlərin həcmləri o qədər böyük deyil ki, onu kapital yönümlü sahələrə yönəltsinlər. Düşünürəm ki, insanlar bunu gündəlik tələbat mallarının alınmasına xərcləyəcəklər.


- Vətəndaşlar bu əmanətlər hansı formada və ya hansı şərtlərlə əldə edəcəklər?


- Bunu üçün iki sənəd tələb olunur. Əmanət kitabçası və şəxsiyyəti təsdiq edən vəsiqə lazımdır. Bundan sonra, Kapital Bank onu qeydiyyata alır. Hər bir bank əmanətçinin yaşadığı ərazi üzrə hesabatı götürüb onu müvafiq olaraq sifariş etməliydir ki, həmin yaşayış yeri üzrə nə qədər vəsaitin lazım olduğunu müəyyənləşdirsin. Bundan sonra, əmanətlərin verilməsində heç bir problem ortaya çıxmasın.


- Digər MDB ölkələri ilə müqayisədə Azərbaycan da bu proses normal formada həyata keçirilə və ya özünü doğrulda biləcəkmi?


- Baltikyanı ölkələrlə müqayisə etsək, bu müqayisəyə gəlməzdir. Çünki onlar prosesi Avro ilə indeksasiya edib. Ukrayna ilə müqayisə edildikdə isə Azərbaycanda indeksasiya daha üstündür. Qazaxıstan və Rusiya ilə müqayisə edildikdə ondan geri idik. Birdəfəlik müavinət verməklə dövlət vətəndaşlar qarşısında öhdəçiliyini yerinə yetirmiş olur. Ümumilikdə, isə əmanətlər 1-in 10-a nisbətində verildi. İnsanlar isə 1-in 7-ə olan nisbətində olan qarşılığında aldılar.


- SSRİ dövründə qalan əmanətlərin indi müstəqil Azərbaycanda qaytarılması dövlətin büdcəsinə hər hansı bir mənfi təsir göstərə bilərmi?


- 1992-ci ildən, yəni əmanətlərin qoyulmasından bu günə kimi 20 il müddət keçib. Əgər bu gün hər hansı bir vətəndaş banka 10 faiz məbləğində kredit qoyursa, bu əmanətin bir illik faizi 300 manat dəyərində olur. İnsanlar o vaxtı 4 milyarda qədər qoyduğu əmanətlər dövlətdə qalıb. 20 il ərzində onlar öz əmanətlərini dövlətdən istəməyiblər. Dövlət faktiki olaraq öz problemlərini bu əmanətlərin hesabına həyata keçirib, ayaq üstə durub. Hazırda Azərbaycan dövlətinin özünün 40 milyard dollar həcmində valyuta ehtiyatı var. Bu baxımdan da insanların alıcılıq qabiliyyəti ilə bağlı narazılığı başa düşülən idi. Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı səsləndi ki, bundan artıq insanlara vəsait versəydik, bu, ölkədə inflyasiyanı sürətləndirə bilərdi. Bu düzgündür, ancaq başqa bir şey də var axı. Dövlət hələ ki, səhiyyə üçün sığortanı hər bir vətəndaş üçün tətbiq etməyib. Həmin o məbləğin bir hissəsini - 300 manatı bir tərəfdən verəydi, ancaq digər 500 manatını isə illik sığorta kimi verərdi. Azərbaycan vətəndaşının tibbi sığortasının həyata keçirilməsi dövlətin tibb sahəsi üçün növbəti bir təkanı olardı. Bunun müxtəlif formaları var və variantlar inflyasiya yaratmayacaqdır. Çünki ortada nağd pul söhbəti olmayacaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə