Qırğızıstanla təbii qaz məsələsində böyük gərginlik yaşayan Özbəkistan dövləti bu səfər də digər qonşu ölkə olan Tacikistana təbii qazın ixracını dayandırır. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, aprelin 1-dən etibarən Tacikistana təbii qazın verilişi tamamilə dayandırılacaq.
\"Taciktransqaz\"ın səlahiyyətli nümayəndələri 2012-də Özbəkistan ilə Tacikistanın 200 milyon kub metrlik təbii qaz razılaşması əldə etdiyini lakin qazın həcminin 45 milyon kub metr olduğunu bildiriblər.
Qeyd edək ki, min kub metr təbii qazı Tacikistana ötən ilin noyabr ayından etibarən 311 dollara satan Özbəkistan, Qırğızıstana 305 dollardan satır. Orta Asiyada təbii qazla zəngin olan digər bir ölkə Qazaxıstan isə Qırğızıstana təbii qazı 195 dollardan satır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB