AQEM-in biznes forumu İstanbulda keçiriləcək

AQEM-in biznes forumu İstanbulda keçiriləcək

Aprelin 2-dən 4-dək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İstanbulda biznes forumu keçiriləcək. AZPROMO-dan SİA-ya verilən xəbərə görə, foruma maşınqayırma, tekstil, gəmi və yaxta inşaatı, rabitə və informasiya texnologiyaları, müdafiə sənayesi və əczaçılıq sektorlarını təmsil edən sahibkarlar dəvət olunublar. Forumda sahibkarlarla birgə müxtəlif mövzular müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə