\"Qara qızıl\" bahalaşıb
Neft yenidən bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 1,95 dollar və ya 1,9% artaraq 1 barelə görə 107,06 dollar təşkil edib.


ICE London qitələrarası birjasında apreldə ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,21 dollar və ya 2,6% artaraq 125,81 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə