Aydın Hüseynov: \"Əmanətlərin qaytarılması ilə bağlı verilən fərman vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına hesablanıb\" - MÖVQE

Aydın Hüseynov: \"Əmanətlərin qaytarılması ilə bağlı verilən fərman vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına hesablanıb\" - MÖVQE

"Bu Fərmanın verilməsi ilk növbədə onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına böyük diqqət və qayğı ilə yanaşır, onların sosial rifahının yaxşılaşdırılmasına çalışır. Ikinci bir tərəfdən əmanətlərin qaytarılmasının dövlət büccəsi tərəfindən həyata keçirilməsi isə onu göstərir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti və gücü yüksəlib". Bunu SİA-ya açıqlamasında iqtisadçı- ekspert Aydın Hüseynov bildirib.

İqtisadçının sözlərinə görə, ötən gün ölkə başçısının fərmanı ilə 2012-ci ilin iyun ayından etibarən Azərbaycan vətəndaşlarının keçmiş SSRİ dövründə əmanət bankına qoyulan əmanətlərinin qaytarılması prosesi 2013-cü ilin dekabr ayının 31-nə kimi həyata keçiriləcək: \"Hazırda Fərmandan irəli gələn məsələlər dəqiqliklə hesablanır. Belə ki, keçmiş SSRİ dövründə banka yatırılan əmanətlər o zaman rubulla qoyulmuşdursa hazırda manata çevrilərək vətəndaşlara veriləcək. Manatın ekvivalenti digər SSRİ məkanına daxil olan dövlətlərlə müqayisədə olduqca yüksək faizdir. Əgər Rusiyada 1000 rublun müqabilində 0,3 dollar qaytarılırdısa Azərbaycanda bu 1000 rubla 150 manat qaytarılacaq. Qazaxıstanda isə bu göstərici digər dövlətlərdən bir qədər artıq -1000 rubl müqabilində 6 dollar qaytarılıb. Bütün bunlar isə Azərbaycanın keçmiş SSRİ dövlətləri içərisində son 20 ildə daha yüksək inkişab etmiş dövlət olduğunu daha aydın göstərir".

Əmanətlərin qaytarılması prosesinə gəlincə, Aydın Hüseynov deyib ki, bu istiqamətdə bütün aidiyyəti dövlət qurumlarının birləşdiyi komissiya fəaliyyət göstərəcək. Əgər əmanətlərin qaytarılması zamanı hər hansı bir sual ortaya çıxarsa o zaman həmin məsələləri komissiya həll edəcək.

Qeyd edək ki, əgər hər hansı vətəndaş əmanət kitabçalarını itiribsə bu məsələdə də narahat olmağa dəyməz. Çünki hər bir əmanət kitabçasının bir nüxsəsi Kapital Bankın arxivində qorunub saxlanılır. Vətəndaşlar yaradılacaq komissiyaya müraciət etməklə vəziyyətə aydınlıq gətirərək kömək ala bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə