Azərbaycan və Türkiyə gələn həftə Trans-Anadolu qaz kəmərinə dair hökümətlərarası saziş imzalayacaq

Azərbaycan və Türkiyə gələn həftə Trans-Anadolu qaz kəmərinə dair hökümətlərarası saziş imzalayacaq

Azərbaycan və Türkiyə gələn həftə Trans-Anadolu qaz kəmərinə dair hökümətlərarası saziş imzalayacaq. SİA-nın xəbərinə görə, bunu Küveytdə səfərdə olan sənaye və energetika naziri Natiq Əliyev deyib.

Nazir bildirib ki, əvvəllər Azərbaycan və Türkiyə Azərbaycanın \"Şahdəniz\" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya nəqli üçün qaz kəməri tikəcək konsorsiumun yaradılmasına dair qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Qeyd edək ki, Trans-Anadolu qaz kəmərinin tikintisi Azərbaycanın 2025-ci ilədək hasil etmək niyyətində olduğu 50 milyard kubmetr həcmində qazın böyük hissəsinin ixracı üçün lazımdır. Layihə iştirakçıları bu qaz kəməri ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etməyi və layihənin \"Şahdəniz\" yatağının işlənməsinin ikinci mərhələsinə başlanacağı 2017-ci ilin sonunadək təhvil verilməsi üçün tikintiyə başlamağı planlaşdırır. Bu qaz kəməri \"Cənub qaz dəhlizi\"nin əsası olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə