Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsinin tikintisinə baxış keçirilib
"Marabda-Kartsax" ASC, "Azərdəmiryolservis", "Azəryolservis" və "Azərinşaatservis"in Gürcüstan nümayəndəliyinin rəhbərləri martın 8-də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan sahəsində işlərin gedişinə baxış keçiriblər.
Nümayəndələr Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayonunda tikilən stansiyanın inşası ilə tanış olub və qeyd ediblər ki, burada hökm sürən çətin iqlim şəraitinə baxmayaraq, işlər qrafik üzrə aparılır. BTQ layihəsində ən böyük körpü – Axalkalaki rayonu ərazisində inşa olunan "Qırxbulaq" körpüsünün tikintisi də nəzərdən keçirilib. Körpünün uzunluğu 162, eni isə 9 metrdir. Baxış iştirakçıları burada da işin gedişindən razı qalıblar. Kartsax stansiyasında da işin qənaətbəxş aparıldığı qeyd olunub və bildirilib ki, tikinti işləri nəzərdə tutulan vaxtda başa çatdırılacaq, 2012-ci ilin sonunda bu yolla ilk qatar Türkiyə sərhədinədək yola salınacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB