Neftin qiyməti ən yüksək həddə çatıb

Neftin qiyməti ən yüksək həddə çatıb

Neftin qiyməti son 9 ay ərzində ən yüksək həddə çatıb. SİA-nın məlumatına görə, hazırda Asiya bazarlarında neftin bir barelinin qiyməti 105 dollardır.


Qeyd edək ki, Avropa Birliyi İrandan neft alınmasının dayandırılması barədə qərar qəbul edib. Artıq İranın Neft Nazirliyi Britaniya və Fransa şirkətlərinə neft satışını dayandırılıb. İran buna qədər istehsal etdiyi neftin təxminən 20 faizini Avropa Birliyi ölkələrinə satırdı. Bundan sonra İran digər ölkələrə neft satmağı planlaşdırır.


Bütün xəbərlər Facebook səhifəmizdə