Xalid Mikayılov: \"Avropa ölkələri bilir ki, Azərbaycan enerji baxımından əhəmiyyətli rola malikdir\" - MÜSAHİBƏ (SəsTV)

Xalid Mikayılov: \"Avropa ölkələri bilir ki, Azərbaycan enerji baxımından əhəmiyyətli rola malikdir\" - MÜSAHİBƏ (SəsTV)

İqtisadi Sosial İnkişaf mərkəzinin eksperti Xalid Mikayılovun SəsTV-yə müsahibəsi:


- Xalid müəllim, şaxtalı hava şəraitindən sonra Avropada donmadan ölənlərin sayı günbəgün artır. Bütün bunlardan sonra sizcə, Avropa Azərbaycanın eneri təhlükəsizliyinin təminatında həlledici rola malik olduğunu dərk edirmi?

- Azərbaycanın enerji resursları baxımından zəngin olması təkcə Avropa ölkələri üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də çox əhmiyyətlidir. Bildiyiniz kimi, Azərbaycan Gürcüstan, Türkiyə və Ukraynanı eneri resursları ilə təmin edir. Baxmayaraq ki, Ukraynanın asılılığı nisbətən azalıb, amma yenə də əminliklə deyə bilərik ki, artıq bütün region ölkələri Azərbaycanın enerji baxımından əhəmiyyətli rola malik olduğunu anlayırlar. Avropa Birliyinə daxil olan ölkələrin hər keçən gün birliyə yeni daxil olmuş şərq ölkələrinin eneri resurslarına ehtiyacı daha da artır. Böyük iqtisadi böhran dövrü yaşandıqda belə bu ölkələrin enerjiyə olan təlabatı azalmamışdı. Digər tərəfdən də, dünya miqyasında Çin, Hindistan kimi böyük dövlətlər də enerji uğrunda mübarizəyə qoşulub. Bu da öz növbəsində Azərbaycanın neft və qaz ehtiyyatlarının önəmini getdikcə artırır.


- Neft və qaz sahəsinin önəmindən danışdınız. Sizcə, Azərbaycanın bu sahələrdən əldə etdiyi gəlirlər əhalinin sosial rifahının yaxşılaşdırılması və dövlətin inkişafına kifayət edirmi?

- Ümumiyyətlə, Azərbaycan bu sahələrdən əldə etdiyi gəlirlər hesabına son vaxtlarda kifayət qədər uğurlara imza atıb. Dövlət büdcəsinin həcminin kəskin surətdə artmasına baxmayaraq, büdcə həm də Neft Fondundan köçürülən transferlər hesabına təmin edilir. Bu isə gələcəkdə neftdən gələn gəlirlərin aşağı düşməsi kimi risqlər yarada bilər. Bu baxımdan, hökumətimizin qarşısında duran əsas məqsədlərindən biri iqtisadiyyatı şaxələndirməklə ölkənin neft gəlirlərindən olan asılılığını azaltmaqdır. Digər tərəfdən də hər il vətəndaşların əmək haqqlarının artırılması istiqamətində ciddi addımlar atılır. Bu da təbii ki, əhalinin sosial rifahının yaxşılaşdırılmasına kömək edən amillərin başındadır. Lakin getdikcə əmək haqqı, pensiya kimi vəsaitlərin müasir standartlara uyğunlaşdırılması vacibdir. Məsələn, ölkəmizdə minimum əmək haqqı 93 manat təşkil edir. Gələn il isə bu rəqəmin 120 manat təşkil ediləcəyi proqnozlaşdırılır.


- Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən təqaüdçülərinin, dövlət müəssisələrində çalışanların əmək haqqlarının artırılmasına qərar verilib. Bu addımla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlətin prioritet məsələsi olduğunu demək olarmı?

- Ölkə prezidenti bütün müşavirələrdə dövlətin qarşısında duran əsas məqsədlərdən birinin əhalinin sosial müdafiəsinin və rifahının yaxşılaşdırılması olduğunu dəfələrlə bəyan edib. Bu istiqamətlərdə də müəyyən addımların atıldığı və əsas tədbirlərin görüldüyü göz qabağındadır. Məsələn 2006-cı ilə kimi pensiyaya çıxan vətəndaşlar 85 manat pensiya alırdılar. Bu da onların hüquqlarının pozulması demək idi. Lakin pensiya məbləğindəki bu cür fərqlər aradan qaldırılıb. Son islahatlardan sonra artıq həmin məbləğ 44 manat, təxminən 52 faiz artırıldı. Bu da öz növbəsində sözügedən istiqamətdə atılan ən önəmli addımlardan biri oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə