ARDNŞ-nin baş ofisində şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovla Almaniya Bundestaqının üzvü Mixael Fuks arasında görüş keçirilib. SİA-nın xəbərinə görə, Almaniya ilə Azərbaycan arasında zəngin tarixə malik münasibətlərin bu gün bütün sahələrdə uğurla inkişaf etməsini məmnunluqla vurğulayan E.Nəsirov M.Fuksun bu səfərinin ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcəyinə əmin olduğunu bildirib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq ölkələrarası münasibətlərdə iqtisadi əlaqələrin əhəmiyyətini xüsusi qeyd edərək, Almaniyanın güclü iqtisadi potensiala malik olan Azərbaycanla yaxın əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb. Vitse-prezident E.Nəsirov qədim dövrlərdən neft ölkəsi kimi məşhur olan Azərbaycanın dünya neft sənayesi tarixinə verdiyi töhfələr haqqında qonağı məlumatlandırıb, Bakının həmişə dünyanın neft mərkəzlərindən biri olduğunu nəzərə çatdıraraq, ötən əsrin əvvəllərində xarici sərmayədarların, o cümlədən alman iş adamlarının buradakı fəaliyyəti haqda söz açıb.
Bu gün Azərbaycanda həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqda ətraflı danışan ARDNŞ-nin vitse-prezidenti son illər həmin layihələr çərçivəsində əldə olunan nailliyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından söz açıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB