ARDNŞ nəqliyyat sektorunda alternativ yanacaqdan istifadənin qiymətləndirilməsi həyata keçirilir
ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən ARDNŞ-nin nəqliyyat sektorunda istifadə olunan sərnişin avtobuslarının bir qisminin daha müasir yanacaq növlərinə (hidrogen və az karbonlu yanacaq) keçirmək istiqamətində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (AİTİ) ekspertləri ilə birgə işlər aparılır. SİA-nın xəbərinə görə, hidrogen yanacağı əsasında nəqliyyat infrastrukturunun yaradılması üzrə Almaniya təcrübəsini öyrənmək məqsədi ilə Ekologiya İdarəsinin mütəxəssisləri 2011-ci ildə bu ölkəyə ezam olunub, orada müvafiq müzakirələr aparıb və hidrogen nəqliyyatının işləmə prinsipləri ilə tanış olublar.
Hidrogen enerjisindən istifadənin effektivliyini qiymətləndirmək məqsədi ilə Ekologiya İdarəsinin Elm və texnika şöbəsinin mütəxəssisləri tərəfindən ARDNŞ-nin nəqliyyat vasitələrində sərf olunan ənənəvi yanacaqla bərabər neft emalı zavodlarında və "Azərikimya" İB-nin müəssisələrində istehsal olunan hidrogen tərkibli qazların həcmi haqqında məlumatlar toplanıb. İlkin olaraq ARDNŞ-nin "Azərikimya" İB-də mövcud sərnişin avtobuslarının hidrogen yanacağına keçirilməsinin elmi-texniki, iqtisadi-ekoloji qiymətləndirilməsi hazırlanıb, təklif olunub ki, avtobusların hərəkət dairəsinin Sumqayıt şəhəri ərazisində məhdudlaşması nəzərə alınaraq, oradakı bir yanacaqdoldurma stansiyasında hidrogen yanacağı infrastrukturun qurulması kifayətdir. Hazırda AİTİ ilə birlikdə bu təklifin iqtisadi qiymətləndirilməsi, avtobus mühərriklərinin hidrogen yanacağına uyğunlaşdırılması üçün tələb olunan texniki avadanlıqların seçilməsi və marketinq işləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB