Neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,17 dollar və ya 1,1% azalaraq 1 barelə görə 98,67 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,28 dollar və ya 1,2% azalaraq 117,31 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə