Tbilisidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Tbilisidə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumu keçiriləcək

Fevralın 16-da Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə biznes forumu keçiriləcək. Forumda iştirak etmək Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edəcək.

Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, AZPROMO, Türkiyənin TOBB təşkilatı və Gürcüstanın \"Invest in Georgia\" agentliyinin təşkil etdiyi forum \"Radisson Blu Iveria\" hotelində keçiriləcək.


Biznes forumunda hər üç tərəfdən kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının becərilməsi, saxlanılması, emalı və daşınması), tikinti, turizm, tekstil, energetika, daşınmaz əmlak və əczaçılıq sahələrində fəaliyyət göstərən şirkətlərin iştirakı nəzərdə tutulur. Tədbirə Türkiyə və Gürcüstan tərəfdən 200-ə yaxın iş adamının qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə