Vüqar Bayramlı: "Azərbaycan Fransa hökumətinə qarşı istənilən formada təsir göstərmək imkanlarına malikdir" - AÇIQLAMA

Vüqar Bayramlı: "Azərbaycan Fransa hökumətinə qarşı istənilən formada təsir göstərmək imkanlarına malikdir" - AÇIQLAMA

Hesab edirəm ki, Azərbaycan bundan sonrakı layihə və müqavilələrdə Fransa şirkətlərinə yer ayırmamaqla Fransa hökumətinə və Senatına iqtisadi təzyiq göstərə bilər. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramlı dedi: "Əgər nəzərə alsaq ki, Azərbaycanda Qaz sektoru kifayət qədər genişdir, məhz belə olan təqdirdə ölkəmiz həm birmənalı həm də dolayısı şəkildə Fransa hökumətinə qarşı istənilən formada təsir göstərmək imkanlarına malikdir. Düşünürəm ki, Azərbaycan tərəfi növbəti müqəvilələrdə və tenderlərdə Fransa şirkətlərinin işini məhdudlaşdırmaqla bir növ həmin ölkəyə böyük təsir edə bilər"


V.Bayramlı bütövlükdə Azərbaycanla Fransa arasında iqtisadi əlaqələrin dövriyyədə təxmin 300 milyon dollar təşkil etdiyini bildirdi: " Fransız şirkətləri Azərbaycanda daha çox neft sektoruna yaxın yerlərdə fəaliyyət göstərirlər. Buna Fransanın "Total" şirkətini misal olaraq göstərmək olaraq. Bununla belə Fransız şirkətləri arasında "Parfumeriya" bazarının çəkisi Azərbaycanda xüsusi paya malikdir. Bütün bunlara baxmayaraq, Fransız şirkətləri tərəfindən investisiya daha çox Azərbaycanın neft sektoruna yönəldilib"

Bütün xəbərlər Facebook səhifəmizdə