Roland Kobia: “Avropa İttifaqı Vergilər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”

Roland Kobia: “Avropa İttifaqı Vergilər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”

Avropa İttifaqı Azərbaycanın vergi sisteminin işinin təkmilləşdirilməsi sahəsində Vergilər Nazirliyi ilə ciddi əməkdaşlığı davam edəcək. SİA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri, səfir Rolan Kobia bu gün "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirilən ilk Vergi Forumundakı çıxışında bildirib.

R. Kobia bildirib ki, Azərbaycan güclü vergi sisteminin təkmilləşdirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirəcəyin əminik: "Aİ Azərbaycanla ölkədə elektron audit sisteminin tətbiqi üzrə işləməyi davam etdirəcək. Bunun üçün üzərində işlərin davam etdirildiyi hüquqi bazanın formalaşdırılması və dünyada tətbiq olunan ən yaxşı metodlar və informasiyaya elektron çıxışın sadələşdirilməsi vacibdir. Bu sistemin tətbiqi, vergi yükünün azaldılması, vergitutmanın effektivliyinin artması, nağdsız hesablaşmaların genişləndirilməsi, həmcinin şəffaflığın təminatına xidmət edir".




Bütün xəbərlər Facebook səhifəmizdə