“Azneft” İstehsalat Birliyi 250-dən artıq obyektdə təmir işlərini başa çatdırıb
ARDNŞ-in "Azneft" İstehsalat Birliyi (İB) 2011-ci ildə neft-qaz hasilatının artırılması, stabilləşdirilməsi və işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz şəraitində istismar olunan və neft-qaz hasilatının artırılmasında mühüm rol oynayan 22 obyekti istismara vermiş, 250-dən artıq obyektdə təmir işlərini başa çatdırıb.
İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, dənizdə və quruda yerləşən yataqlarda müxtəlif diametrli qaz, neft, sualtı qaz və kondensat xətlərinin təmiri, SDÖ-lərdə (stasionar dəniz özülü) minib-düşmə meydançalarının təmiri və istismarı, eyni zamanda, neft-qaz hasilatında yığım-nəql sistemində mühüm əhəmiyyət kəsb edən əmtəə çənlərinin dib çöküntülərindən təmizlənməsi və onların əsaslı təmiri işləri yerinə yetirilib. Təmir olunmuş hidrotexniki qurğuların, boru kəmərlərinin korroziyadan mühafizəsi işləri mütəmadi olaraq yerinə yetirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB