Sabah bəzi rayonlara qaz verilişi məhdudlaşdırılacaq

Sabah bəzi rayonlara qaz verilişi məhdudlaşdırılacaq

Sabah Ucar və Zərdab rayonlarına qaz verilişi məhdudlaşdırılacaq. Dövlət Neft Şirkətinin SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar sabah 7 yanvar tarixində saat 10:00-dan 17:00-dək Ucar, Zərdab və Lək Qazpaylayıcı Stansiyalarında qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Zərdab və Ucar şəhərləri daxil olmaqla, Qaravəlli, Rəstəcə, Qarabörk, Gəraybəyli və Lək kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə