Mərkəzi Bankın pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz artıb
Mərkəzi Bankın pul bazası bu ilin fevral ayının 1-nə 7 milyard 601 milyon 500 min manat olub. SIA-nın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz artıb. 2011-ci il fevralın 1-nə bu göstərici 5 milyard 960 milyon 600 min manat təşkil edib.
Qeyd edək ki, 2010-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, 2011-ci ilin yekunları üzrə isə 10481,5 milyon dollar təşkil edib.
Mərkəzi Bank 2012-ci ildə sərəncamında olan valyuta ehtiyatlarının təxminən üç milyard dollar artacağını gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB