Yanvarın 30-da qəza baş verən Qazıməmməd-Qazax magistral qaz kəmərində təmir-bərpa işləri davam etdirilir. Çətin şəraitdə olsa da, "Azəriqaz" İstehsalat Birliyinə məxsus ağır texnika və işçi heyəti tərəfindən köhnə və zədələnmiş borular yenilənir.
Ağdaş Regional Qaz Kəmərləri İdarəsinin baş mühəndisi Elşən Rəcəbovun mətbuata verdiyi məlumata görə, qəzalı kəmərdə bərpa işlərinin bu gün axşam saat 20 radələrində yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, kəmərdə təmir işlərinin başa çatması ilə paralel artıq 6-cı gündür qazsız qalan Göyçay rayonunun 15 faizi və 4 kəndinə də təbii qazın verilişi bərpa olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB