\"Qazprom\" Avropaya qaz təchizatını azaldır

\"Qazprom\" Avropaya qaz təchizatını azaldır

Rusiyanın \"Qazprom\" şirkəti soyuqlarla bağlı daxili bazarda artan ehtiyacı ödəmək üçün xaricə qaz təchizatını azaldıb. SİA-nın şirkətin rəsmi syatına istinadən verdiyi xəbərə görə, İtaliyaya qaz ixracı 8 faiz, Yamal-Avropa qaz ixrac kəməri ilə göndərilən yanacaq həcmləri 10 faiz azaldılacaq.

Öz növbəsində Avropa Komissiyası bildirib ki, yaranacaq çatışmazlığı qarşılamaq üçün yeraltı anbarlarda kifayət qədər qaza malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə